Ötən əsrin ən qəddar diktatoru hesab edilən Adolf Hitler Amerikada təşkil olunan hərracda satılıb.
Axşam.az xəbər verir ki, "Alexander Historic Auction House"da satışa çıxarılan qol saatı 1,1 milyon dollar qarşılığında yeni sahibinə təqdim olunub..
Saatın 1933-cü ildə Hitlerə ad günü hədiyyəsi olaraq verildiyi təxmin edilir. Hərrac evinin məlumatına görə, fransalı əsgərlər bu saatı 1945-ci ildə Hitlerin Berqofdakı evindən xatirə olaraq götürüblər.
Üzərində svastika simvolu və "AH" hərfləri olan saat "Huber" markasına məxsusdur.
Qeyd edəki ki, sözügedən hərrac evi Hitlerin Münhendəki evindən tapılan “Mein Kampf” kitabının bir nüsxəsini keçən il 20 min 655 dollara satıb.
