Tanınmış aktrisa Pat Kerroll 95 yaşında vəfat edib
Axşam.az xəbər verir ki, aktrisa iyulun 30-u növbəti pnevmoniya tutmasından sonra dünyasını dəyişib.
Qeyd edək ki, Pat "Kiçik su pərisi" animasiyasındakı səsləndirdiyi "Ursula" obrazına görə "Emmi" mükafatı alıb. O, 1957-ci ildə məşhur "Sezar saatı" serialında ikinci planda ən yaxşı aktrisa kimi də "Emmi"yə layiq görülüb. Aktrisa “Rapunzel”, “Qufi”, “Skubi Du” və digər cizgi filmlərinin personajları səsləndirib.