Türkiyəli aktrisa Gökçe Bahadırla həyat yoldaşı musiqiçi Emir Ersoy yeni villa alıb.
Axşam.az xəbər verir ki, Alaçatıda nikah masasına əyləşən cütlük evi də elə buradan seçib. İkili birgə yaşayacaqları mülkə 5 milyon lirə (təxminən 473 min 685 manat) ödəyib.
Qeyd edək ki, Gökçe sonuncu dəfə “Evlilik hakkında her şey” serialında rol alıb.