Sonuncu dəfə "Camdakı kız" serialında rol alan türkiyəli aktyor Turqay Tanülkü başına gələn hadisədən danışıb.
Axşam.az xəbər verir ki, o verilişlərin birində ilk dəfə etdiyi oğurluqdan bəhs edib:
"8 yaşında meyvə-tərəvəz mağazasında işləyirdim. Adam həftəsonu maaşımı vermək əvəzinə, çürük mallardan verirdi, "apar evə halallaşdıq" deyirdi. İlk oğurluğumu o zaman etdim. Getdim, hesablayıb haqqım olanı kassadan götürdüm. Məscidin yanında pulu hesabladım, gördüm ki. 5 lirə artıq götürmüşəm, geri qayıtdım. Adam da içəri idi, dedi ki, "kasıblar var, onlar üçün şirniyyat hazıradaq". Pulun hamısını adama qaytardım. Dedi, bu nədir? Cavab verdim ki, kassadan oğurlamışam. O sözü eşidəndə adamın bir şey etmək istədiyini hiss etdim, ilk dərsimi 8 yaşımda aldım. Maaşım haqda isə "sənə pul vermirəm, məktəb açılanda hamısını verəcəkdim" dedi.
Qeyd edək ki, aktyor 1970-ci ildə 18 yaşında siyasi səbəblərə görə həbs olunmuşdu.