"Tatu" 8 ildən sonra bunu edəcək

"Tatu" 8 ildən sonra bunu edəcək
754 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın məşhur "Tatu" qrupu orijinal tərkibdə sentyabrın 3-də Minskdə keçiriləcək "Orion şou" festivalında konsert verəcək.

Axşam.az xəbər verir ki, bu barədə qrupun sosial şəbəkədəki rəsmi səhifəsində məlumat verilib.

Konsertin direktoru Yuliya Volkova öz növbəsində onu da qeyd edib ki, Volkova və Elena Katinanın birlikdə çıxış etməsi kollektivin yenidən bərpa olması anlamına gəlmir.

Qeyd edək ki, "Tatu" qrupu 1999-cu ildə yaranıb. Qrupun prodüseri İvan Şapovalov idi. Qrupun saysız uğurlu çıxışları olub. 2003-cü ildə onlar Rusiyanı "Eurovision"da təmsil ediblər. 2014-cü ildə Soçidə keçirilən olimpiyadadan sonra solistlər arasında mübahisə düşüb. Katina və Volkova bir-biri ilə danışmadığını dəfələrlə təsdiqləyib.