Türkiyəli aktrisa Fahriye Evcenlə oğlu Karanda koronavirus aşkarlanıb.
Axşam.az xəbər verir ki, aktrisa Bodrumda olərkən koronavirusa yoluxub. Onunla oğlunun verdiyi testin nəticələri pozitiv çıxıb. Hazırda hər ikisi ev şəraitində müalicə olunur. Aktrisanın həyat yoldaşı Burak Özçivitin səhhəti ilə bağlı isə hər hansı açıqlama verilməyib.
Qeyd edək ki, Fahriye hazırda 3 ay yarımlıq hamilədir.