Eks-həyat yoldaşını buna görə qolf klubunda dəfn edib - Fotolar

Eks-həyat yoldaşını buna görə qolf klubunda dəfn edib - Fotolar
1481 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın sabiq Prezidenti Donald Tramp birinci həyat yoldaşı İvana Trampı Nyu-Cersidə şəxsi qolf klubunda dəfn edib.

Axşam.az xəbər verir ki, bu barədə "Business Insider" nəşri yazıb. Bildirilib ki, Tramp bu addımı vergidən yayınmaq üçün atıb. Çünki Nyu-Cersi ştatının vergi məcəlləsinə əsasən, qəbiristanlıq ərazisi bütün vergi və rüsumlardan azaddır.

Bununla da İvana Tramp bu qolf meydançasında dəfn edilən ilk şəxs olub. Həmçinin, məlumdur ki, Tramp 2012-ci ildən sözügedən ərazini ailə qəbiristanlığı etməyi planlaşdırır.

Qeyd edək ki, Tramp və İvana 1977-1992-ci illərdə ailəli olublar. 73 yaşlı İvana iyulda pilləkəndən yıxıldıqdan sonra ağır yaralanıb. Onun ölümünə məhz bu hadisə səbəb olub. O, Trampın 3 həyat yoldaşından birincisi olub. Onların üç övladı var: oğulları Kiçik Donald və Erik, qızıları İvanka.