Batuhan Acunu məhkəməyə verdi

Batuhan Acunu məhkəməyə verdi
6597 dəfə oxunub
  • A-
  • A
  • A+

"Survivor 2022" yarışmasının iştirakçılarından olan Batuhan Karacakayanın layihənin rəhbəri və aparıcısı Acun Ilıcalını məhkəməyə verdiyi iddia olunur.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Aşk-ı Memnu" serialında "Bülənt" obrazıyla məşhurlaşan Karacakaya müsabiqədə qazandığı 3 milyon lirə dəyərində olan avtomobilin finaldan 1 ay keçməsinə baxmayaraq ona təhvil verilmədiyini bildirib.

Hələlik hər iki tərəf də bu barədə açıqlama verməyib.

Qeyd edək ki, Acun "Tv8" telekanalının sahibidir.