Göz ətrafı üçün 3 ən yaxşı maska

Göz ətrafı üçün 3 ən yaxşı maska
25726 dəfə oxunub
  • A-
  • A
  • A+
Üzə, boyuna qulluq nə qədər asandırsa, gözlərə və gözətrafına qulluq bir o qədər çətindir.

Bunun üçün də göz ətrafında istifadə edəcəyiniz maskalara diqqətlə yanaşmalısınız. Axşam.az saytı xarici mətbuata istinadən göz ətrafındakı problemləri aradan qaldıracaq maska təqdim edir:

Göz altındakı dəri həssas olduğu üçün maskanı birbaşa dəriyə çəkmirsiz. Kiçik tənzif parçasının arasına yaxıb, sadəcə, qoyursuz. Belə maskanı həftədə 1 dəfə etsəniz kifayətdir. 15 dəqiqə saxlayıb, soyuq su ilə yaxalayırsız.

1. Şişkinlik, qaralma və torba əleyhinə: çiy kartofu sürtgəcdən keçirib, ona 1 çay qaşığı süd və 2 çay qaşığı un qatıb qarışdırırsız.

2. Qırışlar üçün: 50 qr. badam yağına 10 qr. vitamin E qatırsız, döyəcləməklə gözün ətrafına yeridirsiz. 5 dəqiqə sonra artıq yağı salfetə hopdurursuz.
 
3. Qaz ayağı göz ətrafı üçün: 1 xörək qaşığı balı 1 xörək qaşığı ələnmiş un və 1 yumurtanın ağı ilə qarışdırırsız.

Ehtiyatlı ol: maskalar (yağ əlavə olunmuşlardan başqa) tənzifin arasında ehmalca gözün altına qoyulmalıdır. Maskadan sonra gözü dartmaq, sürtmək, su ilə bərk ovxalayıb yumaq olmaz.