Bu gün Eldarın ad günüdür – fotolar

Bu gün Eldarın ad günüdür – fotolar
1255 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün “Eurovision 2011” qalibi Eldar Qasımovun ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçi 25 yaşını qeyd edir.

Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində dünyaya gəlib. Ata tərəfdən ulu nənəsi - SSRİ-nin xalq artisti Mərziyyə Davudova, ulu babası - aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, SSR-nin əməkdar artisti Abbas Mirzə Şərifzadə, nənəsi - SSR-nin xalq artisti Firəngiz Şərifovadır.

1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil alıb. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil alıb və məktəbi fərqlənmə diplomu ilə bitirib. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlib. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşayıb. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olub. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. Universiteti qırmızı diplomla bitirib. 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub.

Foto: Rəşad ABBASOV