Kanadalı aktyor və peşəkar güləşçi Tayler Meyn süd vəzi xərçəngindən əziyyət çəkir.
Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial media hesabında yazıb.
"Bəli. Məndə süd vəzi xərçəngi var. Bu, həqiqətən çox nadir bir xəstəlikdir. Süd vəzi xərçəngi xəstələrinin yalnız 1 faizi kişilərdir. Düzünü desəm, ilk reaksiyam bunu gizli saxlamaq oldu. Yəni, bu, bir az utandırıcıdır. Amma sonra bildim ki, kişilərdə erkən mərhələlərdə diaqnoz qoyulma ehtimalı daha yüksəkdir. Çünki bu barədə danışılmır və axtarılmır. Əslində, bütün həkimlər bunu ilk növbədə ciddiyə almadı. Yalnız həyat yoldaşımın təkidi ilə erkən mərhələdə diaqnoz qoyuldu.
Gəlin bu barədə danışmağa başlayaq! 755 kişidən birinə süd vəzi xərçəngi diaqnozu qoyulur və erkən aşkarlanarsa, müalicə olunur" deyə, Tayler Meyn bildirib.
Qeyd edək ki, Tayler Meyn "X-Men" filmindəki obrazı ilə tanınır.