65 yaşlı Xalq artisti Mənsum İbrahimov formada qalma sirrlərini bölüşüb
Axşam.az xəbər verir ki, xanəndə bu barədə "Qonaqcanlı" proqramında deyib. İfaçı hər gün səhər 8,5 kilometr məsafədə yürüş etdiyini açıqlayıb:
"Hər gün səhər saat 5-də oyanıb yürüş edirəm. Bu, vərdiş halına gələndən sonra daha asan olur. Gecə saat 2-də yatsam belə, səhər saat 5-də mütləq oyanıb yürüşə gedəcəyəm. İti addımlarla 8,5 kilometr yürüş edirəm. Bu həm sağlamlıqdır, həm də özümü nə qədər çox tədbirə qatılmağımdan asılı olmayaraq gümrah hiss edirəm. Qışda isə saat 6-da oyanıram".