Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva Bakıdan paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı İçərişəhər və Dənizkənarı Bulvarda olub.
V.Brejneva lentə aldığı görüntüləri sosial media hesabında yayımlayıb.
Qeyd edək ki, müğənni bir müddət əvvəl Bakıda baş tutan dəbdəbəli toyda səhnə alıb. Bundan başqa, yaxın günlərdə şəhərdə onun konserti olacaq.