Müğənni İradə İbrahimova meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı açıqlamasına aydınlıq gətirib.
Axşam.az xəbər verir ki, sənətçi "@axsamaz" instaqram səhifəsində bununla bağlı yazıya münasibət bildirib.
İ.İbrahimova N.Qaraçuxurlu haqda dediyi "Adın çəkilməsi gərəksiz oldu. Adı gündəmə gətirdiyim üçün peşman oldum" sözlərin yanlış anlaşıldığını bildirib.
"Bu haqda açıqlama verəcəyəm. Namiq sənətinə, özünə hörmət etdiyim, çox sevdiyim sənət dostumdur. Sevgilər" deyə, müğənni şərhdə yazıb.
Qeyd edək ki, İ.İbrahimovaya "Zarafat bir yana" proqramında "O vaxtlar Namiq Qaraçuxurludan duet təklifi gəlib və qəbul etməmisiniz. Sonra Namiq məşhur oldu, peşman oldunuz. İndi Namiq duet təklif edərsə, razılaşaram. İndi buna ehtiyacınız var" sualı ünvanlanıb.
İfaçı isə cavabında "Bu suala cavab verməyəcəm. Sual başqa formada, ad çəkmədən gəlsəydi cavab verərdim. Adın çəkilməsi gərəksiz oldu. Adı gündəmə gətirdiyim üçün peşman oldum" sözlərini deyib.