Valideynlərə səsləndi: "Uşaqlarınızı uzaq tutun"

Valideynlərə səsləndi: "Uşaqlarınızı uzaq tutun"
350 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Xəyyam Mustafazadə valideynlərə müraciət edib.

Axşam.az xəbər verir ki, müğənni bu barədə "Sevimli səhər" verilişində danışıb. O, uşaqların sosial şəbəkələrdən mümkün qədər uzaq tutulmasının vacibliyini vurğulayıb:

"Həkim ailəsində böyümüşəm, bəzi məsələlərdən anlayışım var. Valideynlər bilməlidirlər ki, insan beynində neyron əlaqələri təxminən 25 yaşına qədər formalaşır və inkişaf edir. 1980-90-cı illərdə uşaqlar müxtəlif fəaliyyətlərlə məşğul olur, çox şey öyrənirdilər. Bu da onların zehni inkişafına müsbət təsir göstərirdi.

Bu gün isə uşaqlarda düşünmə və yadda saxlama qabiliyyətinin zəiflədiyini müşahidə edirik. Bəzən sadə suala belə cavab verməkdə çətinlik çəkirlər. Son illər unutqanlığın da artdığını görürük. Harasa gedirik, amma nə üçün getdiyimizi xatırlamırıq.

Bunların əsas səbəblərindən biri sosial şəbəkələrdir. TikTok və instaqram insanları lazımsız informasiya ilə yükləyir. İstədiyimiz filmi və ya məlumatı tapmaq üçün uzun vaxt sərf edirik, amma keyfiyyətli məzmun əldə etmək çətinləşir. Məlumat çoxdur, lakin keyfiyyət azdır.

Valideynlərə səslənirəm: Çalışın uşaqlarınızın sosial şəbəkələrdə keçirdiyi vaxta nəzarət edin. Çünki bu, onların zehni inkişafına mənfi təsir göstərə bilər".