“İnce ince Yasemince” serialının aktyoru İlyas İlbeydə xərçəng aşkarlanıb.
Axşam.az xəbər verir ki, bu barədə aktyorun qızı Eylül İlbey paylaşım edib.
O, 74 yaşlı aktyorun qaraciyərində xərçəng aşkarlandığını və xəstəxanada müalicə aldığını bildirib. Onun sözlərinə görə, müalicə effektli olacağı təqdirdə İlyas İlbey əməliyyat ediləcək.
Qeyd edək ki, İ.İlbey bir zamanlara damğa vuran sözügedən serialda tərəf müqabili olan Yasemin Yalçınla evlidir.