“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət cədvəlinə iyulun 1-dən etibarən hər iki istiqamətdə dəyişiklik edir.
Axşam.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Dəyişikliyə əsasən, qatar Bakıdan saat 23:30-də (23:50 əvəzinə), Balakəndən isə 21:10-da (22:00 əvəzinə) yola düşəcək.