Aktrisa Cennifer Eniston 2005-ci ildə boşandığı həmkarı Bred Pittdən 100 milyon dollar tələb edir.
Axşam.az xəbər verir ki, bu səbəbdən aktrisa onu məhkəməyə verməyə hazırlaşır. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Səbəb cütlüyün 2001-ci ildə qurduğu "Plan B" prodüser şirkəti ilə bağlıdır. Boşanmadan sonra Pitt şirkətin yeganə sahibi olub və hazırda onu satmaq qərarına gəlib. Eniston da öz növbəsində payını, yəni, 100 milyon dollar tələb edib.
“Bu, təkcə pulla bağlı deyil, prinsip məsələdir. Cennifer "B Planı"nın yaradıcısı və qurucusu idi. Layihə texniki cəhətdən Pittə təhvil verilsə də, Eniston layiq olduğunu ala bilməyib, baxmayaraq ki, şirkəti sıfırdan yaradıb "deyə, aktrisaya yaxın mənbə bildirib.
Qeyd edək ki, Pittin şirkəti satmaq qərarı alması oktyabrın ortalarında bəlli olub.
Onu da qeyd edək ki, bundan əvvəl Pitti keçmiş həyat yoldaşı Ancelina Coli də fransız şərab zavodu "Chateau Miraval"a görə məhkəməyə verərək 250 milyon dollar tələb edirdi.