"Yeniyetmə cadugər Sabrina"nın aktrisası Dayan Makbeyn vəfat edib.
Axşam.az xəbər verir ki, qaraciyər xərçəngindən əziyyət çəkən aktrisa ötən gün 82 yaşında Los-Ancelesdə xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Makbeyn karyerası ərzində 60-dan çox layihə rol alıb. O, rok-n-rollun kralı, əfsanəvi müğənni, aktyor Elvis Presli ilə birlikdə "Davam" filminə çəkildikdən sonra məşhurlaşıb.
Aktrisa "Dallas", "A. N. K. L. agentləri", "Kaliforniyada həftə sonu", "Həyatımızın günləri" kimi seriallarda, həmçinin "Batman" layihəsinin bir neçə seriyasında rol alıb.