Duztökmə hərəkətiylə dünyada "Salt Bae" kimi tanınan türkiyəli aşpaz Nüsrət Gökçe dünya çempionatında Messiylə və kubokla foto çəkdirmək istəyi uzun müddət gündəmi zəbt etmişdi.
Axşam.az xəbər verir ki, o, bu hərəkətləriylə futbol sevərlərin etirazını üzərinə çəkib.
"U.S. Open Cup" davranışlarına görə aşpaza finala qatılmasına icazə verməyəcəklərini açıqlayıb. Onlar bu barədə məlumatı sosial şəbəkədə verib.
Qeyd edək ki, həmin an komanda yoldaşlarıyla sevincini bölüşən oyunçu aşpazla şəkil çəkdirmək istəmirdi.