Xəbər verdiyimiz kimi, türkiyəli məşhur cütlük Deniz Can Aktaş ilə Hafsanur Sancaktutanın ayrıldığı iddia olunub.
Axşam.az xəbər verir ki, aktrisa ayrılmaları ilə bağlı çıxan şayiələri təsdiqləyib. Bu barədə suallara cavab verən Hafsanur "Bu mövzuda çox danışmaq istəmirəm. Bunu da anlayışla qarşılayacağınızı düşünürəm" deyə, bildirib.
Qeyd edək ki, Denizlə Hafsanur 3 ildən çoxdur münasibətdə idi.
Onu da qeyd edək ki, Hafsanur hazırda "Darmaduman", Deniz isə "Kasaba doktoru" serialında baş rolları ifa edir.