Xərçəng xəstəliyindən müalicə alan türkiyəli rodüser-aparıcı Armağan Çağlayan karyerasında dəyişikli etmək qərarı alıb.
Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb. Armağan yutub platformasındakı layihələri ilə vidalaşacağını açıqlayıb.
"Bu fotolar dünənki son yutub çəkilişimizdəndir. Fevralın ortalarına qədər məni izləyə biləcəksiniz, amma dünən son dəfə çəkiliş etdik. Yutub ilə vidalaşmağın vaxtıdır. Həkim dedi ki, işimi azaldım, özümə vaxt ayırım. İndiyə qədər yutub proqramlarımıza göstərdiyiniz marağa görə çox sağ olun. Başqa kanallarda və başqa macəralarda görüşmək ümidi ilə. Hər şeyə görə çox sağ olun" deyə, Armağan paylaşımında yazıb.

