Türkiyəli müğənni Sinan Akçılın yeni eşqə yelkən açdığı ortaya çıxıb.
Axşam.az xəbər verir ki, ifaçı həmkarı, aktrisa Defne Samyeli ilə münasibətdədir. Eyni mahnı üzərində çalışan ikilinin bu müddət ərzində yaxınlaşdığı bildirilib.
Qeyd edək ki, Defne hazırda "Aldatmak" serialında rol alır. Sinan daha öncə iki dəfə Burcu Kıratlıyla ailəli olub. Onun bir müddət əvvəl müğənni Aleyna Kalaycıoğluyla sevgili olduğu iddia edilirdi.