Hadisə ilə Kaanın ortaq hesabından Pınarı əsəbiləşdirəcək paylaşım - Foto

Hadisə ilə Kaanın ortaq hesabından Pınarı əsəbiləşdirəcək paylaşım - Foto
1764 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Hadisə ilə aktyor Kaan Yıldırımın münasibətdə olarkən açdıqları ortaq "Benek" hesabındakı son paylaşımlar müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, ilk paylaşımda müğənniyə işarə edilib və "Sənin üçün darıxdım, ana" deyə, yazılıb. İkinci paylaşımda isə "Ad günün mübarək, ata" deyə, qeyd olunub. Yazıların kim tərəfindən yazıldığı müzakirə olunsa da, uzun müddətdir istifadə olunmayan hesabın "fişinq" hücumuna məruz qaldığı iddia edilib.

Hadisədən sonra tərəflərin nə reaksiya verəcəyi maraq doğurub.

Qeyd edək ki, Kaan hazırda Pınar Denizlə sevgilidir.