"Fox" telekanalında yayımlanan "Yasak elma" serialının heyətinə 5 yeni sima daxil olacaq.
Axşam.az xəbər verir ki, ekran işində "Sevim", "Koray Avcıoğlu", "Julia", "Tuğçe", "Selen" obrazlarını canlandırmaq üçün hazırda aktyorlar arasında seçimlər gedir. Dəqiqləşən adlardan biri isə aktrisa Pelin Orhunedir ki, o, da "Selen"ə həyat verəcək.
Bundan başqa "Julia" obrazı üçün aktrisa Pelin Karahana təklif getsədə o, "Şebeke" serialındakı rolu səbəbindən layihəyə imtina cavabı verməli olub.
Qeyd edək ki, serialın baş rollarını Eda Ece, Şevval Sam və Biran Damla Yıldız paylaşır.
