Türkiyəli aktrisa Burçin Terzioğlu imicində dəyişiklik edib.
Axşam.az xəbər verir ki, aktrisa tünd rəngli saçlarını sarıya boyayıb və kəsdirib. Bu barədə paylaşım edən Burçin şəklinə "yeni bir mən" şərhini yazıb.
Qeyd edək ki, aktrisa "Zehirli sarmaşık" serialında "Ezgi" obrazını canlandırmağa hazırlaşır.
