Bu il ən çox baxılan "Netflix" layihələrinin - Siyahısı

Bu il ən çox baxılan "Netflix" layihələrinin - Siyahısı
811 dəfə oxunub
  • A-
  • A
  • A+

2022-ci ildə ən məşhur "Netflix" layihələrinin adı açıqlanıb

Axşam.az xəbər verir ki, siyahı "Collider" saytı tərəfindən dərc olunub. İngilis dilində ən çox baxılan filmlərin reytinqində birinci yerdə baş rollarda Rayan Qoslinq və Kris Evansın çəkildiyi, Entoni və Co Russonun rejissorluğu ilə lentə alınan "Boz adam" (“The grey man”) filmi qərarlaşıb. Premyeradan üç həftə sonra ekran işi 253 milyon 870 min saat baxış toplayıb. Siyahıda daha sonra "Adam layihəsi" ("The project Adam" (233,16 milyon saat), "Bənövşəyi ürəklər" ("Purple hearts" (228,69 milyon), "Hustle" (198,31 milyon) və "Tinder fırldaqçısı" (172,13 milyon) gəlir.

Ən yaxşı seriallar arasında ilk sıranı rejissorları Matt və Ross Duffer olan "Qəribə məxluqlar" adlı ekran işinin dördüncü mövsümü tutur. Premyeradan sonrakı 28 gün ərzində ümumilikdə seriala 1,35 milyard saat baxılıb. Reytinqlərə həmçinin "Wednesday" (1,237 milyard saat), "Canavar: Cefri Dahmer hekayəsi" (856,22 milyon), "Bridgerton"un 2-ci mövsümü (656,26 milyon) və "Annanı kəşf etmək" (511,92 milyon) adlı ekran işləri daxildir.

Ən yaxşı 10 xarici film siyahısına isə "Troll" adlı ekran işi liderlik edir. İlk üç həftədə filmə ümumi baxılma müddəti 152,35 milyon saat təşkil edib.

Koreyada yayımlanan "Hamımız öldük" serialı isə 560,78 milyon saat izlənilmə ilə ingilis dilində olmayan ən uğurlu serial seçilib.