Yaponiyada yaşayan Kolli ləqəbli şəxs uşaqlıqdan it olmağı arzulayıb.
Axşam.az xəbər verir ki, o, dünya mediasında məşhur olsa da, adını gizli saxlayıb. O, it kostyumunda gəzməyə başlayıb. Onun yutubda yayımlanan və 2 milyon baxış toplayan videosunda boğazında iplə gəzməzsi, yerə yuvarlanması əks olunub.
O, özü üçün düzəltdirdiyi it kostyumuna 240 min manata qədər pul xərcləyib. Onun kostyumu filmlər və televiziya reklamları üçün geyimlər hazırlayan şirkət tərəfindən tikilib. Onun hazırlanması 40 gün çəkib.