Fransalı milyarder Fransua Anri Pino ilə ailəli olan Hollivud ulduzu Salma Hayek ailəsi ilə fotosunu yayımlayıb.
Axşam.az xəbər verir ki, cütlüyün birlikdə nikahlarından 15 yaşlı qızı Valentina var. Eyni zamanda iş adamı digər evliliyindən iki övlada sahibdir.
Salma ögey oğlu 16 yaşlı Avqustinlə tez-tez vaxt keçirir. Bu dəfə isə ailə birlikdə tətilə yollanıb. Salmanın gəzintidən yayımladığı şəkildə qızı və Aqustin yer alıb. O, Yeni ili ailəsi ilə birlikdə dağlıq ərazidə keçirəcəyini vurğulayıb.
