"Öyle bir geçer zaman ki" serialıyla məşhurlaşan aktrisa Vilma Elles keçmiş əri Kərəm Göğüşdən şikayətçi olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa təhqir olunduğu üçün məhkəməyə müraciət edib. Hakim K.Göğüşün Elleslə iki ay müddətində danışmaması barədə qərar verib.
Qeyd edək ki, aktrisa Mehmet Şah Çelikle bir müddət öncə ailə həyatı qurub.
Elles 2014-cü ildə evləndiyi Kərəm Göğüşlə 2019-cu ildə boşanıb. Bu nikahdan dünyaya gələn əkizlərin vəlayəti isə anaya verilib.