Əfsanəvi braziliyalı futbolçu Pelenin dəfn olunacağı yer və tarix açıqlanıb.
Axşam.az xəbər verir ki, bu barədə Braziliyanın "Santos" klubu məlumat yayıb. Bildirilib ki, mərhumla vida mərasimi yanvarın 2-də klubun stadionunda olacaq. Dəfn mərasimi isə yanvarın 3-də Santos şəhərində keçiriləcək.
Ötən gün 82 yaşında vəfat edən Pele Santosdakı 32 mərtəbəli dünyanın ən şaquli qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, dağın ətəyində yerləşən qəbiristanlıq binasının hündürlüyü 108 metrdir. Binanın adı "Memorial Nekropol Echomanica"dır. Burada dayanacaq, kilsə, bağ, şəlalə və restoran var. 32 mərtəbədə bir neçə blok var və hər blokda 150 qəbir yerləşir.
