Türkiyədə yayımlanan "Gecenin ucunda" serialının çəkiliş meydançasına hücum edilib.
Axşam.az xəbər verir ki, Kartal adlı ərazidə çəkilişə hazırlıq əsanasında heyətlə məhəllə sakinləri arasında mübahisə yaranıb. Tərəflər arasında dava böyüdükdən sonra gənclər əllərində bıçaq və baltalarla işçilərə hücum edərək onları qovalayıb. Baş verənlər təhlükəsizlik kameraları tərəfindən lentə alınıb. Mübahisəyə tərəflərin bir-birini təhqir etməsinin səbəb olduğu deyilib. Gənclər məhəllə sakinləri tərəfindən sakitləşdirilib, lakin hadisə səbəbi ilə çəkilişlər dayandırılıb. Həmin gün çəkiliş meydançasına gəlməli olan aktrisa Neslihan Atagül isə hadisə səbəbindən oraya getməyib.
Məlum olub ki, 3 gənc Neslihan və onun həyat yoldaşı Kadir Doğulu ilə görüşmək istəyib, alkin onlara rədd cavabı verilib.