Türkiyəli aktrisa Birce Akalayla iş adamı Serdar Bilgilinin münasibətdə olduğu təsdiqlənib.
Axşam.az xəbər verir ki, bir müddətdir barələrində sevgili olduqları iddiaları gəzən cütlüyün yaxın zamanlarda istirahətdə olarkən çəkilən fotoları yayılıb. İkili ötən həftə dostları ilə birgə Mardində istirahət edib.
Qeyd edək ki, Bircə daha əvvəl aktyor Sarp Levendoğlu ilə evli olub və boşanıb. Serdar isə müğənni-aktrisa Defne Samyeli ilə evlilik qərarı alsa da ayrılmışdılar.


