Türkiyəli aktrisa Gülbən Ərgənlə keçmiş həyat yoldaşı Erhan Çelikin qarşılıqlı olaraq açdıqları mənəvi ziyanla bağlı təzminat məhkəməsi sona çatıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hakim E.Çelikin 1 lirəlik təzminat istəyini rədd edib. Ərgənin 1 milyon lirəlik təzminat iddiasını qismən qəbul edərək, 250 min lirə ödəməsinə qərar verib.
Qeyd edək ki, Erhan Çelik 2018-ci ildə boşandıqdan 1 il sonra aldıldığını iddia etmişdi. Müğənni də bunun qarşılığında Çeliki məhkəməyə vermişdi.