Afra Saraçoğlu ayrılıqları haqda ilk dəfə danışdı

Afra Saraçoğlu ayrılıqları haqda ilk dəfə danışdı
6766 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Afra Saraçoğlu sevgilisi Mert Yazıcıoğlu ilə ayrılığı haqda ilk dəfə açıqlama verib.

Axşam.az xəbər verir ki, aktrisa ayrılığa birlikdə qərar verdiklərini bildirib: 

“Bir neçə gündür, mətbuatda bizimlə bağlı çıxan xəbərlər həqiqəti əks etdirmir. 4 ildir, Mertlə çox xoşbəxt münasibətimiz var idi. Ancaq aldığımız ortaq qərarla münasibətimizə son qoymaq qərarına gəldik. Sevgi və hörmətlə ayrıldıq".

Afra eyni zamanda ayrılıqlarına üçüncü şəxsin səbəb olmadığını bildirib.

Qeyd edək ki, Afra "Yalı Çapkını" serialında baş rolu canlandıran Mert Ramazan Dəmirlə səmimi görüntüləri yayıldıqdan sonra sevgilisindən ayrılıb.