Türkiyəli məşhur müğənni Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül silahla yaralanıb.
Axşam.az xəbər verir ki, İstanbulda Sarıyer rayonunda yerləşən əyləncə məkanlarından birində iki qrup arasında dava düşüb. Nəticədə əyləncə məkanın mühafizə xidmətinin əməkdaşları onları ayıraraq məkandan çıxarıblar. Daha sonra silah səsləri eşidilib.
Atılan güllələrdən ikisi Mahmutun çiyninə dəyib. Hadisə yerində onlarla boş giliz tapılıb.
Hadisə baş verən ərazidə aktyorlar Burak Çelik, Umut Evirgen, Yağmur Tanrıseven, Şeyma Baday, rejissor Ali Bilgin və bir çox məşhur da olub.
Hazırda faktla bağlı araşdırma aparılır.