Hollivud aktyoru, iki dəfə "Oskar" mükafatına namizəd olmuş, “Qisasçılar” filminin ulduzu Ceremi Rennerin başına iş gəlib.
Axşam.az xəbər verir ki, 51 yaşlı aktyorun sözçüsü bildirib ki, hadisə qar təmizləyərkən baş verib. Aktyor Syerra-Nevadadakı rançosunda qar təmizləyərkən yıxılıb və ağır xəsarət alıb.
Onun helikopterlə xəstəxanaya çatdırıldığı bildirilib. Hazırda Cereminin vəziyyəti kritik olaraq qalmaqdadır.