Məşhur repçi ilin ilk günündə ölü tapıldı

Məşhur repçi ilin ilk günündə ölü tapıldı
1597 dəfə oxunub
  • A-
  • A
  • A+

"Gangsta Boo" ləqəbi ilə tanınan məşhur repçi Lola Şantrell Mitçell vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 43 yaşlı repçi ilin ilk günündə evində ölü vəziyyətdə tapılıb.

Hazırda ölümlə bağlı araşıdrma aparılır. 

Qeyd edək ki, Lola “Three 6 Mafia” hip-hop qrupunun keçmiş üzvüdür.