Seneqalli futbolçu Mbaye Diaqne özəl sürücüsü tərəfindən xəyanətə məruz qalıb.
Axşam.az xəbər verir ki, futbolçu Ataşehir səmtində restoranda oturarkən sürücü maşınını qaçırdıb. Buna səbəb sürücünün onu çox gözləməsi olub. Əsəbiləşən kişi bu addımı atıb.
Mbaye oradakı mağazanın sahibindən yardım istəyib. Saatlarca mağazada oturan futbolçu sürücüyə zəng etməyə çalışıb.
O, daha sonra polisə müraciət edib. Sürücünün Ümraniyədəki bir evə getdiyi məlum olub. O, maşınını geri alıb və sürücüsünü polisə şikayət edib.