Tatlısəsin Dua Lipa ilə bağlı paylaşımı hamını güldürdü

Tatlısəsin Dua Lipa ilə bağlı paylaşımı hamını güldürdü
5954 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni İbrahim Tatlısəs dünyaca məşhur ifaçı Dua Lipanın şəklini sosial media hesabında paylaşıb.

Axşam.az xəbər verir ki, diqqətçəkən məqam Lipanın şəklinin fotoşop olması olub. Belə ki, müğənninin şəklinə fotoşopla İbrahim Tatlısəsin "Allah səni cəzalandıracaq" sözləri ilə döymə etdirilib.

Bunu görən Tatlısəs isə onun gerçək olduğunu düşünüb. İbrahim şəkli yayımlayaraq "Cəsur və gözəl qızımıza təşəkkür edirəm" sözlərini yazıb.

Bir az keçəndən sonra isə o, tənqidləri görüb və paylaşımını silib. Tatlısəs tviter hesabında "Ajda Pekkanı tanıyıram, Hadisəni tanıyıram. Vaxtım var ki, Dua Lipanı tanıyım və onu izləyim? Məlum oldu ki, bunu başqa qıza ediblər, göndəriblər. Təşəkkür edib paylaşdım. Niyyətim pis deyildi" sözlərini yazıb.