Hazırda xarici agent kimi tanınan gürcü əsilli rusiyalı müğənni Valeriy Meladzenin Dubayda təşkil olunan gecədə Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, "Yaşasın Ukrayna!" şüarını gecədə səsləndirən ifaçı tənqidlərdən sonra məsələ ilə bağlı sosial media hesabında paylaşım edib.
O, 10 aydır ki, kədər içində olduğunu qeyd edib:
“Çox sevdiyim xalqların insanları həlak olduğu bir münaqişənin içərisindədir. Heç kimə nifrət edə bilmərəm, bunu istəmirəm də və heç kimə xoş gəlməyə çalışmıram da. Tək arzum odur ki, bu məsələ bitsin, yaxın xalqlar arasında harmoniya yaransın. Bunun üçün bütün gücümü verməyə hazıram”.
Qeyd edək ki, sözügedən video yayımlandıqdan sonra ölkənin "Ədalətli Rusiya - Həqiqət naminə" partiyasının lideri Sergey Mironov Meladzenin hərəkətini pisləyib. O, ifaçının ünvanına “iki stulda oturur” deyərək onun bütün titullarından məhrum edilməsi ilə bağlı çağırış edib. Eyni zamanda, senator Yelena Afanasyeva isə Meladzeni Rusiya vətəndaşlığından məhrum etməyi təklif edib.