"Romeo" və "Cülyetta" çılpaq səhnələrinə görə 500 milyon tələb edir

"Romeo" və "Cülyetta" çılpaq səhnələrinə görə 500 milyon tələb edir
2374 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyorlar Oliviya Hussi və Leonard Uaytinq 1968-ci ildə rol aldıqları "Romeo və Cülyetta" filmində canlandırılmalı olduqları səhnəyə görə, məsul şirkət olan "Paramount"u məhkəməyə veriblər.

Axşam.az xəbər verir ki, aktyorlar şirkəti cinsi istismarda ittiham edərək barələrində iddia qaldırıblar. Bildirilib ki, film çəkilən zaman onlar 16 və 15 yaşlarında olublar. Filmin rejissoru ekran işində çılpaq səhnələrin olmayacağına dair onlara söz versə də, bu baş verməyib və sözügedən səhnələr çəkilib.

Aktyorlarının vəkilinin sözlərinə görə, Oliviya və Leonard həmin səhnələrdən sonra sarsılıb və bu, gələcək karyeralarına da mənfi təsir göstərib.

Bu səbəbdən aktyorlar şirkətdən 500 milyon dollar təzminat tələb edir.

Qeyd edək ki, filmin rejissoru Franko Zeffirelli uzun sürən xəstəlikdən sonra 2019-cu ildə 96 yaşında vəfat edib.