Aktyor Uraz Kaygılaroğlu “O Ses Türkiye” şousunda Yeni ilə özəl buraxılışda çıxış edən həmkarı Kadir Doğulunu "kloun" adlandırıb.
Axşam.az xəbər verir ki, sözügedən gecədə Kadir həyat yoldaşı, aktrisa Neslihan Atagüllə olan bir mübahisələri haqqında danışıb. O, mübahisənin sonunda əli ilə qapıya vurub getdiyini deyib:
"Evə qayıdandan sonra Neslihanı divanda yatdığını gördüm. Onu oradan yatmasına razı olmuram, həmişə qollarıma alıb yataq otağına aparıram. Amma bu dəfə etmədim. Səhər oyananda onun da əsəbi olduğunu gördüm. Ara verək dedim, o da qəbul etdi. Üstündən bir saat keçəndən sonra yenidən evdən çıxanda boynumdan öpdü. Neslihan məni divandan götürməyini çox gözlədim deyəndə mən də səhər "acsan" deyə, soruşmağını gözlədim cavabını verdim. Bu, bizim Yeni ilimiz idi. Danışaraq hər şeyi həll etmək olur".
Sosial media seqmentind Kadirin bu açıqlaması səmimi qarşılanmayıb və bu hekayənin real olmadığı, xəyali və ya hansısa kitabda personajların başından keçən bir hadisə olduğu bildirilib. Məsələyə münasibət bildirənlərdən biri də Uraz olub. O, həmkarına işarə edərk onu "kloun" adlandırıb.
