"Tv8" kanalında yayımlanan "Tuzak" serialı final edəcək.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş rollarını Akın Akınözü ilə Bensu Soralın paylaşdığı ekran işi 26-cı bölümdə izləyicilərinə vida edəcək.
Buna səbəb isə, serialın reytinqlərdə geriləməsi olub.
Qeyd edək ki, daha əvvəl ekran işinin 13-cü bölümdə izləyicilərə vida edəcəyi deyilirdi.