Amerikalı aktrisa Eşli Olsen Yeni il ərəfəsində gizli şəkildə ailə qurub.
Axşam.az xəbər verir ki, aktrisa özündən üç yaş kiçik olan rəssam Luis Eyznerlə nikahmasasına əyləşib. Toy mərasimi ötən ayın 28-i Los-Ancelesdəki evlərində baş tutub. Cütlüyün özəl günündə sadəcə 50-yə yaxın insan iştirak edib.
Qeyd edək ki, Olsen və Eisner 2017-ci ildən görüşür və münasibətlərini reklam etməməyə çalışırdılar. Məlumdur ki, Eisner iş adamı Erik Eysner və məşhur Hollivud zərgərlik dizayneri Lisa Eysnerin oğludur.