"Русское радио Вологда" radiosunun aparıcısı Anna Azovskaya qətlə yetirilib.
Axşam.az xəbər verir ki, 34 yaşlı aparıcının cəsədi Moskvadakı mənzilində tapılıb. Onun üzərində 30-dan çox bıçaq xəsarətlərinin olduğu aşkar edilib. Qətldə şübhəli bilinən Annanın sevgilisi Kiçqorodetsk Meşə Təsərrüfatı Şirkətinin baş direktoru Vladimir Maklakov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq Komitəsinin saytında dərc olunan məlumata görə, 33 yaşlı kişiyə qarşı cinayət işi başlanıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayəti (qəsdən adam öldürmə) törətməkdə şübhəli bilinir.
"İstintaqın məlumatına görə, 2023-cü il yanvarın 3-də Moskvanın Polina Osipenko küçəsində yerləşən yaşayış binasının mənzilində 1988-ci il təvəllüdlü qadının meyiti tapılıb. Müayinə zamanı onun üzərində ən azı 30 bıçaq xəsarəti aşkar edilib” deyə, rəsmi məlumatda qeyd olunub.