Bige Arasla ayrılıqları haqda iddialara cavab verdi

Bige Arasla ayrılıqları haqda iddialara cavab verdi
917 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Bige Önal keçmiş sevgilisi, aktyor Aras Bulut İynəmli ilə ikinci dəfə ayrılmasından sonra çıxan iddialarla bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, aktrisa Arasla dost kimi ayrıldıqlarını vurğulayıb:

"Bəli, ayrıldıq. Hər ikimiz üçün həssas dövrdür. Səbəb mövzüsuna heç toxunmayaq. Dostluğumuz hər zaman davam edəcək. Həmişə mənim üçün önəmli biri olacaq. Nəticədə neçə illik dostumdur".

Xatırladaq ki, cütülüyün ayrılığına səbəb Bigenin ailə qurmaq istəyinə Arasın müsbət yanaşmaması olduğu iddia edilirdi.

Qeyd edək ki, cütlük 6 illik münasibətin ardından bir müddət əvvəl də eyni qərarı almış, lakin daha sonra yenidən bir araya gəlmişdilər.