Xəbər verdiyimiz kimi, "Yalı çapkını" serialında rol alan aktrisa Mine Tugayın son halı müzakirələrə səbəb olub.
Axşam.az xəbər verir ki, aktrisa üzündə. xüsusən gözündə olan dəyişiklik və yenidən estetik etdirməsi ilə bağlı iddialarla bağlı açıqlama yayıb.
"Hamı danışdı, qoy mən də danışım. Sevgili dostlar, sol gözümlə əlaqədar 12 ildir sağlamlıq problemi yaşayıram. Əvvəllər etdirdiyim bir dolğunun sol gözümün altında donması səbəbindən bir neçə əməliyyat etdirmək məcburiyyətində qaldım və zaman-zaman həmin bölgədə şişlik və ya çökmə olur. Sonuncu dəfə dolğudan sonra yaranan kista səbəbi ilə əməliyyat etdirdim və müalicə alıram. Həmin şişkinlik də təəssüf ki, rol aldığım ekran işində kadrlara düşdü. İzləyicilərə bunu minimum yansıtmaq üçün filtrdən istifadə etdik. Lakin məslə estetik asılılığına qədər gəlib çıxdı. Elə deyil. Bu, sağlamlıqdır. Heç kim mənim yaşadığım bu mərhələni yaşamaz deyə, ümid edirəm. Hadisənin əvvəlini, gerçəyini bilmədən bu tərz sözlərin işlədilməsi həqiqətən kədərlidir" deyə, Mine paylaşımında bildirib.
