"Hadisə ilə həqiqətən də sevgili olduğumuza inandım"

"Hadisə ilə həqiqətən də sevgili olduğumuza inandım"
1845 dəfə oxunub
  • A-
  • A
  • A+

"Konuşanlar" proqramında aparıcılıq edən Hasan Can Kaya müğənni Hadisə ilə haqqında çıxan eşq iddiaları ilə bağlı açıqlama yayıb.

Axşam.az xəbər verir ki, aparıcı haqlarında səsləndirilən fikirləri təkzib edib:

"İddialar doğru deyil. Özüm də xəbərlərdə gördüm. Gündə 14 saat çəkiliş meydançasındayam. Haradan çıxdı belə bir xəbər, heç bir fikrim yoxdur. Zatən sevgilim yoxdur, belə bir şey olsa, gizlətmərəm. O qədər tez yalanladım ki, özüm belə həqiqətən də sevgili olduğumuza inandım".