Repçi “50 Cent” yeni serial üzərində çalışır.
Axşam.az xəbər verir ki, bu barədə repçi müsahibəsində bildirib. O, serialı həmkarı Eminemə həsr edib:
“Serial “8 Mil” filmi əsasında hazırlanır. Bu, Eminemin irsi ilə əlaqəli olmalıdır, çünki gənclərin bunu başa düşməsi mənim üçün vacibdir. Serial rep döyüşlərini fəth edən Eminemin hekayəsinə həsr olunacaq. Cavanlar onun rep üçün nə etdiyini mütləq bilməlidirlər".
Qeyd edək ki, “8 Mil” filmində Eminemin baş rolu canlandırıb.